Meşələr kralı: aslan

Aslan pişikkimilərin bir üzvüdür və çox yırtıcıdır. Uzun gövdəsi, qısa ayaqları, böyük başı, güclü görünüşü və əzəmətiylə meşələr kralı olmağa haqq qazanıb.
Uzunluğu quyruğuyla birlikdə 3 metrdir. Yüksəkliyi təxminən bir metr, ağırlığı isə təxminən 230 kq-dır. Yəni aslan sizdən təxminən 1.5-2 metr daha uzun və böyük bir pişikdir.
Erkək aslanların yalları var. Çox yumşaq olan bu tüklər, ya üzü örtər, ya da başın arxasını, boynu və çiyinləri örtərək sinədən kürəyə qədər uzanar. Bu yal aslana çox heybətli bir görünüş verər. Allahın aslana verdiyi bu yal heyvanı olduğundan daha da güclü və dəbdəbəli hala gətirər.
Bütün gününü qayaların və ağacların kölgəsində uzanaraq, ya da yataraq keçirən aslan çox vaxt gecələr ovlanar. Mükəmməl bir gecə görməsinə sahib olan aslanlar bunun sayəsində gecələr rahatlıqla ovlarını görə bilərlər. Qaranlıqda gəzən aslanların işığı mümkün olduğu qədər çox yığa bilmələri üçün gözlərində xüsusi bir dizayn vardır. Digər canlılara görə daha böyük olan göz bəbəkləri və göz linzaları aslanları yaxşı bir ovçu edən ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Allah bu canlıları yaşadıqları mühitə ən uyğun xüsusiyyətlərlə birlikdə yaratmışdır.

Aslanın özünə xas kükrəməsi, ümumiyyətlə, axşamlar ovlanma vaxtından və gün doğulmadan əvvəl eşidilər. Aslan kükrədiyi zaman meşədə sanki həyat dayanar. Ulayan bir kaftar ulamasını, mırıldayan bir leopard mırıltısını kəsər. Hər kəs susar və kralı dinləyər. Meymunlar ağacların ən üst budaqlarına qaçaraq, var gücləri ilə qışqırarlar.