Bal düşkünü ayılar

Qalın kürkləri və bal yemələriylə məşhur olan ayıların görmə və eşitmə duyğuları çox zəifdir. Bəs onda çox sevdikləri balı necə tapa bilirlər, bilirsinizmi? Təbii ki, bütün ehtiyaclarını ən yaxşı şəkildə qarşılayan Rəbbimizin ayılara verdiyi uzun burun sayəsində. Bu burun onların çox yaxşı qoxu hiss etmələrini təmin edər. Beləcə, ayılar yemlərini asanlıqla taparlar.
Bilirsiniz, ayılar çox əfəl görünüşlü heyvanlardır. Amma bu görünüş sizi yanıltmasın, ayılar əslində çox sürətli heyvanlardır. Hətta, saatda 48 km sürətlə qaça bilərlər. Təbii ki, ayıların sürətli olmaları ilə yanaşı çox qüvvətli olduqlarını da ifadə etmək lazımdır. Ayıların bəzi növləri 2-3 metrlik bədənləriylə ağac təpələrinə dırmaşaraq vaxtlarını orada keçirərlər. Ümumiyyətlə, bitkilərlə bəslənən ayılar, yem tapmaq üçün 30 metr yüksəkliyə belə dırmaşa bilərlər.
Bal axtararkən arı pətəyi tapdıqlarında pəncələriylə bir-iki iti zərbə endirib bütün arıları qovarlar. Sonra şandakı balı nuşi-canlıqla yeyərlər. Əsla siz belə bir şey etməyin! Çünki arılar hər tərəfinizdən sancar və xəstələnməyinizə səbəb olar. Lakin Rəbbimizin ayılara verdiyi qalın kürk onları arıların iynələrindən qoruyar. Beləcə heç bir təhlükə olmadan balı əldə edə bilər.
Payızda qış yuxusuna gedən ayılar yaza qədər quru budaq və otlarla döşənmiş, etibarlı sığınacaqlarından heç çıxmazlar. Qış yuxusuna gedmədən əvvəl də bol-bol yemək yeyərlər. Dərilərinin altındakı yağ təbəqəsini artırmaq üçün bol miqdarda qayın qozası və şabalıd yeyərlər. Bədənlərində yağ yığmaq məcburiyyətindədirlər. Çünki yazda sığınacaqlarından çıxdıqlarında kilolarından çoxunu itirmiş olarlar. Əgər bir insan bu qədər kilo itirsə dərhal ölər. Halbuki, ayılar bədən ağırlıqlarının çoxunu itirsələr də həyatlarını davam etdirərlər.
Doğum da ayıları mağara həyatına geri qaytaran bir başqa faktordur. Ümumiyyətlə, üç bala dünyaya gətirən ayılar yaza qədər onları südlə bəsləyərlər. Bu müddət ərzində də sığınacaqlarından heç çıxmazlar. Balalar kor, dişsiz və tüksüz doğularlar. Balalar mağaradan çıxdıqlarında ana balalarını qorumaq məcburiyyətindədir. Yoxsa ovçular, ya da erkək ayılar tərəfindən öldürülə bilərlər.

Sonsuz şəfqətli və mərhəmətli olan Rəbbimiz bütün canlıların ehtiyaclarını qarşılayan, onları qoruyub nəzarəti altında saxlayandır. Buna görə sevimli ayı balalarının da həyatlarını davam etdirmələri və zərər görməmələri üçün lazım olan bütün imkanları onlara vermişdir. Onları güclü analarının yanında kənardan gələn təhlükələrdən qoruyur.