Gülərüz delfinlər

Bəlkə də, delfinlər qədər mehriban, insanlarla dost ola bilən gülərüzlü bir heyvan yoxdur. Allahın onlara verdiyi itaətliliyi və mehribanlığı üzlərindən anlaya bilərsiniz.
Bala delfin doğularkən əvvəl quyruğu, sonra gövdəsi və ən sonda başı çıxar. Ana delfin onu qidalandırmaq üçün süd vəzilərini sıxıb südünü balasının ağızına boşaldar. Ana delfinin hərəkətini buna oxşada bilərsiniz: Əlinizdə süd dolu plastik bir şüşə olduğunu və bunu əlinizlə sıxdıqca süd fışqırdığını düşünün. Bax, ana delfinin etdiyi buna bənzəyir.
Sudan kənarda yaşayan məməlilərin balalarını qidalandırmaları üçün südlərini fışqırtma sisteminə ehtiyacları yoxdur. Halbuki, suyun içində belə bir üsula ehtiyac var. Ana delfinin bunu düşünərək belə bir qərar verməsinə imkan vardırmı? Belə bir vəziyyətin fərqinə varıb, daha sonra süd vəzilərinə əzələlər yerləşdirmiş ola bilərmi? Təxmin etdiyiniz kimi, qətiyyən, xeyr! Daha əvvəl də ifadə etdiyimiz kimi, Allah ana delfinin bədənini onun balasının ehtiyaclarını qarşılaya biləcəyi ən uyğun şəkildə yaratmışdır.
İnsanların dostu olan delfinlərin tənəffüsləri də insanlara oxşayır. Ancaq onların burun dəlikləri insanda olduğu kimi üzünün ortasında deyil, başının üzərindədir. Delfinlər də insanlar kimi suya dalmadan əvvəl çöldəki havanı içlərinə çəkdikdən sonra nəfəslərini tutar və o cür suya dalarlar. Təkrar su üstünə çıxarkən, son bir neçə metrdə ağciyərlərindəki havanı suyla çölə püskürdərlər.
Hamınız delfinlərin dənizdə necə süzülərək üzdüklərini, hətta gəmilərlə necə yarışdıqlarını bilərsiniz. Hamısı mükəmməl üzgüçüdür. Onların mükəmməl üzmələrinin ən əhəmiyyətli səbəbi, dərilərinin hamar və sürüşkən olmasıdır. Bu xüsusiyyətləri onların suyun üzərində asanlıqla süzülüb getmələrini və çox sürətli üzmələrini təmin edər. Sürətli üzmələrini təmin edən bir başqa xüsusiyyət də burun quruluşları ilə əlaqədardır. Delfinlərin burunları suyun üzərində sürətlə getmək üçün ən uyğun quruluşdadır. Bunu fərqinə varan insanlar gəmilərin suyun içində qalan ön qisimlərini, delfinlərin burunlarına bənzədərək hazırlamışlar. Bu gün gəmilər bunun sayəsində sürətli gedə bilir.
Yaxşı, delfinlərin heç qoxu hiss etmədiklərini və kor olduqlarını bilirdinizmi? Ancaq buna baxmayaraq Allah delfinlərə çox güclü bir eşitmə duyğusu vermişdir. Delfinlər kilometrlərlə uzaqdakı səsləri belə güclü eşitmə duyğuları sayəsində asanlıqla eşidərlər. Həmçinin, bədənlərində olan və sualtı gəmilərdəki “sonar” adlı cihaza bənzəyən bir sistem sayəsində yollarını rahatlıqla tapar və ovlarının yerini asanlıqla təyin edərlər. Bu hadisə belə reallaşar:
Çıxardıqları, insan qulağının eşidə bilməyəcəyi səslər, suda dalğalar halında yayılar. Bu səs dalğaları, önlərinə bir maneə çıxarsa ona dəyib geri qayıdar. Səsin gedib balıq, ya da qayaya dəyib geri qayıtdığı müddət ovun, ya da maneənin uzaqlığını göstərər. Az əvvəl bəhs etdiyimiz sualtı gəmilərdəki sonar sistemi də insanlar tərəfindən delfinlərin bu xüsusiyyətləri təqlid edilərək hazırlanmışdır.

Qoxu hiss etməyən və görməyən delfinlərin Allahın verdiyi güclü bir eşitmə duyğusuna sahib olması, onları digər balıqlara yem olmaqdan qoruyar.