Nəhəng fillər

Quruda yaşayan heyvanların ən böyüyü olan fillərin Afrika və Asiya fili olmaqla iki növü var. Afrika filləri digərlərinə görə daha böyükdür. Hündürlüyü 3.5 metrə, ağırlığı da 6 tona çata bilər. Yelpik kimi olan qulaqlarının uzunluğu 2 metri, genişliyi isə 1.5 metrə çatar. 3.5 metr olan boylarıyla bu div kimi heyvanları yaşadığımız evlərə gətirməyimiz, onları pişik, it kimi bəsləməyimiz mümkün deyil.
Fillərin digər heyvanlardan ən böyük fərqi xortumlarının olmasıdır. Su borusuna bənzəyən bu uzun xortumun içində 50 min əzələ var. Bəli, səhv eşitmədiniz "50 min" əzələ... Burun dəlikləri isə bu xortumun ucundadır. Fillər xortumlarını qidaları və suyu ağızlarına aparmaq, əşyaları qaldırmaq və təbii ki, bir də qoxu hiss etmək üçün istifadə edərlər. Bu xortum filin su içə bilməsi və ya bədəninin üstünə su püskürdə bilməsi üçün 4 litr suyu saxlama qabiliyyətinə də malikdir.
Digər tərəfdən, fillər böyük əşyaları daşıya bilən xortumlarıyla kiçicik bir göy noxud toxumunu belə qoparıb ağızlarında partladaraq içini yeyə bilərlər. Onların böyük bədənləriylə bu dərəcə incəlik tələb edən bir işi bacara bilmələri, həqiqətən də, heyrətamizdir. Bir çox məsələdə işə yarayan bu xortumdan, eyni zamanda, həm uzun bir barmaq, həm bir şeypur, həm də səsgücləndirici olaraq istifadə olunur.
Bundan başqa, fillər xortumlarını yuyunmaq üçün su, torpaq duşu almaq üçün də toz püskürtmək məqsədiylə istifadə edərlər. Ancaq balalar yeni doğulduqlarında xortumlarını istifadə etməyi bacara bilməzlər. Hətta bəzən ayaqları ilə xortumlarının üstünə basıb yıxılarlar. Onların bu halları çox gülməli və sevimli olar. Lakin kiçik balaların xortumlarının üstünə basıb yıxılmaları heç xoşlarına gəlməz. Ana fil 12 il ərzində balasını heç yanından ayırmaz. Altı ay ərzində heç bezmədən, sıxılmadan balasına xortumundan istifadə etməyi öyrədər.
Filin ağızının hər iki kənarında bir iti uzun dişi var. Bu dişlər onların özlərini müdafiə etmələrini asanlaşdırar. Həmçinin, fillər bu dişlərin birini yerdə dəlik açıb su tapmaq üçün istifadə edərlər.
Digər tərəfdən, lifli bitkiləri çeynəyən bu heyvanların dişləri daha çox aşınar. Buna görə Rəbbimiz onlara çox əhəmiyyətli bir xüsusiyyət vermişdir. Hər aşınan dişin yerinə arxa sıradakı yeni dişlərdən biri gələr.
Yetkin bir fil yem olaraq gündə təxminən 330 kq bitkiyə ehtiyac duyar. Bu miqdar altı kiçik koma samana bərabər gəlir. Fillər 24 saatlarının təxminən 16 saatını yemək yeməyə sərf etmək məcburiyyətindədirlər.
İndi sizə fillər haqqında daha bir maraqlı məlumat verək. Siz bu günə qədər bu qalın dərili, böyük heyvanın necə sərinlədiyini heç düşündünüzmü? Əslində, sizin də təxmin edəcəyiniz kimi qalın dərilərinə görə tərləyə bilməyən fillər təbii olaraq ətrafda tapdıqları su ya da palçıq yığınlarıyla sərinləməyə çalışarlar. Təbii ki, fillərin sərinləmək üçün istifadə etdikləri başqa üsullar da var. Məsələn, qulaqlarını bədənlərini soyutmaq üçün yelpik kimi istifadə edərlər. Həmçinin, qulaqlarında olan incə qan damarları da bu hərəkət əsnasında soyuyaraq bədənin sərinləməsinə kömək edər.
Fillərin digər bir xüsusiyyəti isə məhşur heyvan ovçularını və heyvan alimlərini uzun müddət təəccübləndirmişdir. Bu xüsusiyyət fillərin qarınlarının quruldamasıdır. Fillərin qarınları quruldayarkən çox yüksək səslər çıxarar. Ancaq insanları təəccübləndirən fillərin qarınlarından gələn səslərin yüksəkliyi deyil, fillərin bu qurultuları idarə edə bilməsidir. Əslində fillərin çıxardığı bu qurultuların həzmlə heç bir əlaqəsi yoxdur. Bu səslər fillərin yoldaşlarının yerini bilmək üçün qarınlarından çıxardıqları səslərdir. Ancaq daha da maraqlısı, fillər bir təhlükəylə qarşılaşdıqları zaman dərhal səssizləşərlər. Təhlükə keçdikdən sonra isə səslər yenidən başlayar. Beləcə, fillər 4 km uzaqlıqdan belə bir-birləriylə xəbərləşə bilərlər.
Digər tərəfdən, fillərin köç etmə hekayələri elm adamlarını çaşdıran bir başqa mövzudur. Bu böyük qulaqlı, nəhəng bədənli heyvanlar quraq mövsümlərdə köç edərlər və bu əsnada həmişə eyni yolu izləyərlər. Daha da maraqlısı, bu köç əsnasında yolda gördükləri çör-çöpləri də təmizləyərlər.

Fillər geniş sahələrə yayılaraq yaşayan heyvanlar olduqları üçün aralarında möhkəm bir "ünsiyyət" olması çox əhəmiyyətlidir. Bu ünsiyyət yalnız fillərin iti qoxu hiss etmə duyğuları sayəsində olmaz. Bununla yanaşı, Allah filin alnında insanların eşidə bilməyəcəyi boğuq bir səs çıxardan bir orqan yaratmışdır. Elə bu orqan sayəsində fillər öz aralarında, digər canlıların anlaya bilməyəcəyi gizli və şifrəli bir dil istifadə edərək danışarlar. Fillərin çıxardıqları bu boğuq səslər çox uzaq məsafələrə çata bilər. Buna görə fillərin çıxardıqları bu xüsusi səs uzun məsafəli əlaqə üçün idealdır.