Giriş

Əziz uşaqlar, bu saytda sizlərlə birlikdə ətrafımızdakı canlı və cansız varlıqların yaradılışlarındakı möcüzələri kəşf edəcəyik. İrəlidəki səhifələrdə təbiətdəki bir-birindən sevimli canlıların maraqlı və təəccüblü xüsusiyyətlərini öyrənəcəksiniz.
Bu saytı oxuyarkən, Allahın bütün canlıları ən gözəl şəkildə yaratdığını və hər birinin Onun sonsuz gözəlliyini, gücünü və elmini əks etdirdiyini görəcəksiniz.
"Heyvanların nə qədərini tanıyırsınız?" sualına, “çoxunu” cavabını verdiyinizi sanki eşidən kimi olduq. Yaxşı, tanıdığınız heyvanların həyatları haqqında nələr bilirsiniz? Necə doğulub necə yaşayırlar, özlərini necə müdafiə edib, necə yemək tapırlar?... "Çox bir şey bilmirəm" dediyinizi təxmin etmək çətin deyil, amma bu saytı oxuduqca onlar haqqında çox maraqlı məlumatlar əldə edəcəksiniz. Allahın bu sevimli canlılarda yaratdığı növbənöv, bir-birindən mükəmməl və təəccüblü xüsusiyyətləri görəcəksiniz.
Onların çoxunu yaxından tanıyırsınız. Amma bu saytda bu günə qədər bəlkə heç görmədiyiniz, hətta adını belə eşitmədiyiniz heyvanlarla, onların gizli və sevimli dünyalarıyla da tanış olacaqsınız və hamısını çox sevəcəksiniz. Heyvanların bəzi şeyləri necə bacara bildiklərini heyrətlə oxuyub, təəccüblənəcəksiniz. Dünyanın ən sürətli qaçışçılarından biri olan dəvəquşunu, ən yaxşı tullanışçılarından olan pələngi, iti dişləriylə sincabları və göz oxşayan gözəllikləri ilə tovuz quşlarını həm də bir-birindən gözəl fotoşəkilləriylə görüb tanıyacaqsınız. Amma əmin olun ki, bu canlılar öyrənəcəklərinizin yalnız bir neçəsidir... Dünyada saya bilməyəcəyiniz qədər çox heyvan növü var.
Bu sevimli canlıları yaradan Allahın bizdən istədiyi, onlardakı gözəllikləri seyr edərkən Onun sonsuz gücünü və sənətini düşünməyimiz, hər şeyi Onun yaratdığını, hər şeyin sahibinin Allah olduğunu fərq etməyimiz və Onun yaratdığı şeylərdəki gözəllikləri görüb zövq ala bilməyimizdir. Eyni zamanda da, bizə bu saysız gözəllikləri yaratdığı üçün Ona şükr etməyimiz və Onu çox sevməyimizdir.

Bütün kainatın, bütün gözəl heyvanların, bitkilərin, gecənin və gündüz, ətrafımızdakı hər şeyin yaradılmasının tək bir məqsədi var. O da Allahın ucalığını və yaratmasındakı üstünlüyü görə bilməkdir. "Allah nə qədər gözəl yaradıb" deyə bilməkdir. Bu saytı oxuduqdan sonra artıq ətrafınızda görəcəyiniz bütün canlılara bu gözlə baxmalısınız.