Rəng möcüzəsi kəpənəklər

Kəpənəklərin ilk doğulduqlarında o rəngarəng qanadları olmadığını bilirdinizmi?
Bəli, kəpənəklər qanadsız doğularlar. Sizin çöllərdə, bağçalarda gördüyünüz formalarına çatmaları üçün dörd mərhələdən keçmələri lazımdır. Bəziləri 24 saat, bəziləri 1-2 ay ömürə sahib olan kəpənəklər yumurtadan bir qurdcuq olaraq çıxarlar. Qurdcuqlar böyüdükdə kiçik sevimli bir tırtıl olar və kəpənəyin ikinci mərhələsi başlayar.
Tırtılın bədənində cəmi 14-15 halqa vardır. Başında kiçik gözləri, ağız qismində bizim dişlərimiz kimi çeynəməyə və əzməyə yarayan çənəsi olar. Gövdəsinin ön qisimində, qarnına qədər olan hissədə 8 ayağı var. Kəpənək hələ tırtıl ikən qanadları yoxdur və bığcıqları çox qısadır. Tüpürcək vəziləri isə bir növ ipək ifraz edər.
Tırtılların digər canlılar kimi böyüdükcə boyları uzanmaz. Onlar böyüdükcə öz dərilərinə sığa bilməyəcək qədər kökələrlər. Axırda tırtıllar yavaş-yavaş dərilərini cıraraq ondan xilas olarlar. Əvəzinə kökəlmiş bədənlərinə daha uyğun olan yeni bir dəri çıxararlar. Tırtıl böcək yeyən quşlar üçün çox ləzzətli bir canlıdır. Buna görə Rəbbimiz tırtılların özlərini qorumaları üçün onlara müxtəlif gizlənmə üsullarını öyrətmişdir.
Bəziləri ayaq üstə dayanaraq budaqları təqlid edər, bir qismi öz rəngindəki bir yarpağın üstündə dayanaraq özünü kamuflyaj edər, bəziləri isə ölü təqlidi edər. Bu gizlənmə üsulları tırtılın həyatını davam etdirib irəlidə kəpənək ola bilməsi üçün çox əhəmiyyətlidir.
Tırtıl bu kamuflyaj üsullarını kəpənək olduqdan sonra da istifadə edər. Belə ki, kəpənəklər özlərinə uyğun rəngdə olan sahələrdə yaşayarlar. Beləliklə, asanlıqla gizlənə bilərlər. Yaxşı, kəpənək özünü kənardan görə bilmədiyinə görə, rənginin ətrafa uyğun gəlib gəlmədiyini necə yoxlaya bilər? Təhlükəsiz şəraitdə olduğundan necə əmin ola bilər? Əlbəttə, bunların heç birini özü bilə bilməz, hesablaya bilməz. Kəpənəyi təhlükəsiz şəraitdə ola biləcəyi ən uyğun mühitə yerləşdirən, onu bura yönəldən, onu yaradan Rəbbi Allahdır.
Bu hadisədə Allahın “qoruyan”, “əsirgəyən”, “mərhəmət edən” xüsusiyyətlərini görərik. Allah yaratdığı hər canlıya, onları təhlükələrdən qoruyacaq xüsusiyyətləri də vermişdir. Yoxsa, kəpənəyin özünü qoruması lazım olduğunu düşünə biləcək bir ağlı yoxdur, bu səbəbdən kamuflyaj, yəni gizlənmə kimi bir üsul yarada bilməz. Bütün bu asanlıqları ona təmin edən göyləri, yeri və bunlar arasındakı hər şeyi yaradan Rəbbimizdir.
Allahın ona təmin etdiyi üstün qorunma sistemiylə inkişafına davam edən tırtıl, nəhayət, üçüncü mərhələyə girər. Tırtıl bu mərhələyə keçəcəyi vaxt qarnını yarpaqla doldurar və az qala çatlayacaq hala gələr. Bu üçüncü mərhələdə tırtıl özünü bir torbanın içinə salar və burada dəyişməyə başlayar. Bu mərhələdə tırtılın ətrafında yaranan sərt qabığa “krizalit” deyilir. Bu qabığın içində ikən hərəkətsizdir və yemək yeməz. Yalnız tırtıl ikən yediyi yarpaqların enerjisindən istifadə edər. Krizalit qabıqlar bir yarpağın, qayanın və ya bir budağın üzərinə yapışdırılar. Bunlardan birinə rast gəlsəniz içinə baxın. Çünki bu krizalitlərin içindəki tırtıla baxdığınız zaman kəpənəyin üzərində meydana gələcək xortumunun və qıçlarının yerlərini görə bilərsiniz.
Aşağı-yuxarı 10 günə yaxın bir vaxt keçdikdən sonra kəpənək bir neçə dəqiqə içində krizalitin qabığını cıraraq çıxar.
Həmin vaxt kəpənəyin qanadları hələ normal ölçülərinə çatmaz. Dördüncü mərhələdə yeni kəpənək qanadlarını gərmək üçün qanadlarının üzərindəki damarları bədən mayesiylə şişirər. Qanadlarını qurutduğu an isə heç bir təlimdən keçmədən bir anda uçar. Qanadlar eyni zamanda kəpənəyin tənəffüsünə də kömək edər.
Gördüyünüz kimi, bapbalaca bir kəpənək belə Rəbbimizin bizə göstərdiyi inanılmaz bir möcüzədir. Elm adamları, “necə olur ki, bir tırtıl kəpənəyə çevrilməyə qərar verir?” deyə hələ araşdırmaqdadırlar. Bunun tək səbəbi Rəbbimizin bu cür istəməsidir. Allah bizə nə qədər müxtəlif canlılar yarada biləcəyini, hətta bir canlını necə dəyişdirə biləcəyini göstərir.
Digər bir möcüzə də kəpənəyin kiçik pucuqlarla örtülü olan qanadlarıdır. Qanadlar bu pulcuqların üst-üstə düzülməsiylə meydana gəlmişdir. Yaxşı, bu qanadlar necə meydana gəlmişdir?
Pulcuqlar təsadüfən öz-özlərinə birləşərək mükəmməl quruluşda bir qanad meydana gətirmişdirmi?
Əlbəttə ki, bunların heç biri təsadüfən meydana gəlməmişdir. Yaxşı, yoxsa kəpənək pulcuqları öz-özünə üst-üstə yapışdırıb bir qanad hazırlayıb? Etdiyi qanadı sonra kürəyinə yapışdırıb?
Kəpənək öz kürəyini görə bilməz. Ancaq heç görmədiyi kürəyinin üzərində simmetriya möcüzəsi olan naxışlar var. Pulcuqlar elə bir nizamla düzülüblər ki, iki qanad üzərindəki naxışlar bir-birinin eynisidir. Naxışların ölçülərini bir xətkeş ilə ölçməyə çalışsanız hamısının bir-birinə bərabər olduğunu görərsiniz.

Bütün bunlar Rəbbimizin üstün sənətini, sonsuz elmini və sərhədsiz gücünü bizə göstərir. Biz də bunları görüb üzərində düşünərək Rəbbimizi hər an düşünməli və Ona şükür edərək şənini ucaltmalıyıq.