Vəhşi pişik: pələng

Əsla onları pişik kimi fağır hesab etməyin! Onlar çox vəhşi və güclüdürlər.
Pələnglər pişik ailəsinin ən güclülərindəndir.
Yeni doğulan bala pələnglərin gözləri ancaq iki gün sonra açılar. Ana pələng digər heyvanlara qarşı çox vəhşi olmasına baxmayaraq balalarına qarşı çox həssas və mehribandır. Altı həftə ərzində onları südlə bəsləyər. Daha sonra onlara yavaş-yavaş ovlanmağı və öz yeməklərini əldə etməyi öyrədər.
Bu təlim dövründən sonra pələng çox sürətli hərəkət edəbilən güclü və yetkin bir heyvan olar. Bir sıçrayışda 4 metr tullana bilər. İndi qollarınızı iki yana açın, bir əlinizin barmaq ucundan digər əlinizin barmaq ucuna qədər olan uzunluq 1 metrə qədərdir. Bax, bu uzunluğun dördünün yan-yana düzülmüş halı da pələngin bir sıçrayışda tullana biləcəyi məsafəyə bərabərdir.
Pələnglərin özlərinin belə fərqində olmadıqları kamuflyaj (olduğu mühitdə gizlənə bilmək) xüsusiyyətləri vardır. Yaşadıqları yerlərin təbii rənglərinə bənzər tük rəngləri meşədə asanlıqla gizlənə bilmələrini təmin edər. Bunun sayəsində pələnglər özlərini ovlarına hiss etdirmədən yaxınlaşa bilərlər. Həmçinin, bu rənglər pələngə çox estetik və təsirli xüsusiyyətlər qazandırar. Hər pələngin kürkündəki və yanaqlarındakı xətlər ilə qaşları digərlərindən fərqli-fərqlidir.
Pələnglər bir-birinin ov sahəsinə qətiyyən girməzlər. Bir pələng öz ərazsini kollar üzərinə ifraz etdiyi qoxuyla işarələyər. Digər pələnglər qoxunu hiss etdikdə başqa birinin ərazisinə girə biləcəklərini anlayarlar.
Pələnglərin xüsusiyyətləri bununla da məhdudlaşmır. Bu vəhşi pişiklər digər pişik növlərinin əksinə suyu çox sevərlər. Hətta, o nəhəng bədənləriylə mükəmməl bir üzgüçüdürlər.

Allah bütün canlılarda olduğu kimi pələnglərdə də heyranlıq oyandıran xüsusiyyətlər yaratmışdır. Məsələn, kiçik pələng balaları baxıldıqda insanda güclü şəfqət oyandıracaq sevimliliyə sahibdirlər. Əslində son dərəcə vəhşi olan pələngləri də Allah öz balalarına qarşı çox güclü bir şəfqət və mərhəmət göstərəcək şəkildə yaratmışdır.