Smokinqli pinqvinlər

Yırğalana-yırğalana yeriyən pinqvinlər əslində bir quş növüdür amma uça bilməzlər. Böyük qruplar halında yaşayarlar. Allah onları temperaturun [-880] dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə biləcəkləri mükəmməllikdə yaratmışdır. Hələ bir düşünün; biz qışda sviter, corab, əlcək deyərkən nə hala gələrik. Amma pinqvinlər əyinlərinə heç bir şey geyməzlər. Üstəlik onların ayaqlarına geyəcək ayaqqabıları da yoxdur. Amma buz üstündə sürüşmədən asanlıqla yeriyərlər. Bundan başqa, evləri də olmayan pinqvinlər buz üstündə yaşayarlar. Bəs bu necə olur? Onlar, görəsən, heç üşümürlər? Xeyr, üşüməzlər. Çünki Allah pinqvinləri buzlarla dolu bir yerdə yaşaya biləcək şəkildə xüsusi olaraq yaratmışdır.
Pinqvinlərin sahib olduqları bədən xüsusiyyətləri insanlardan çox fərqlidir. Bu xüsusiyyətlərin nələr olduğuna bir baxaqmı?
Bəzən sayları 400 minə çatan bir qrupun üzvü olan bu sevimli canlılar qış gəldikdə dəniz kənarından cənuba doğru getməyə qərar verərlər. Bu ortaq qərar Allahın yaratdığı böyük bir möcüzədir. Qış mövsümünün gəldiyini anlayıb, aralarında razılaşaraq gedəcəkləri yeri qərarlaşdırmaları, ortaq bir gün təyin edib, heç bir etiraz olmadan birgə hərəkət etmələri yalnız Allahın sonsuz gücünün bu sevimli heyvanların üzərindəki hakimiyyəti olaraq açıqlana bilər. Əks halda bu heyvanların razılaşıb həyatları üçün əlverişli olan yerlərə birgə köç etmələri mümkün olmazdı.
Köç mövsümü eyni zamanda pinqvinlərin cütləşmə mövsümüdür. Bunu anlayan pinqvin ilk mərhələdə dərhal özünə bir yoldaş seçər. İkinci mərhələ yoldaşını itirməmək üçün onun mahnısını öyrənmək, yəni çıxardığı xüsusi səsi ayırd edə bilməkdir. Unutmayın ki, ağlı və zəkası olmayan bir pinqvinin 400 min pinqvinin arasından birini təyin edib, onun səsini tanıya bilməsi Allahın gücünün və yaratmasındakı üstünlüyün bir başqa göstəricisidir.
Səs ayırd etməkdə bu həssaslıq bala pinqvinlər üçün də etibarlıdır. Balalar da ana-atalarını yalnız səslərindən tanıya bilərlər. Bir-birinə bu cür bənzəyən heyvanlar arasında, belə bir ayrım olmasaydı, həyatları qarmaqarışıq olardı. Bu isə ancaq Allahın bənzərsiz tərtibi və onlara verdiyi xüsusiyyətlərlə təmin edilməkdədir.
Cütləşmənin ardınca dişi yalnız bir yumurta yumurtlayar. Erkək pinqvinin öhdəsinə düşən yumurtanın üzərində kürtə yatmaqdır. Təxminən [-300] dərəcədə, 65 gün ərzində heç tərpənmədən bu vəzifəsini yerinə yetirməyə çalışarlar. Bu olduqca çətin bir dövrdür. Erkək pinqvin yerindən tərpənə bilmədiyi üçün yemək yeyə bilməyəcək. Ana pinqvin də uzaqlarda, doğulacaq bala üçün qida axtaracaq.
Siz [-300] dərəcədə 65 gün ərzində heç yemək yemədən gözlədiyinizi düşünə bilirsinizmi? Bir insan üçün bu vəziyyətin nəticəsi ölümdür. Lakin pinqvinlər heç bir səbirsizlik və bezginlik göstərmədən bu fədakarlığı göstərərlər, Allahın özlərinə ilham etdiyi vəzifəni tərk etmədən sonuna qədər yerinə yetirərlər.
Keçən 2 aylıq kürt dövrünün ardınca erkək pinqvin kilosunun 3-də 1-ni itirər. Bunu 60 kiloluq bir insanın 40 kiloya düşməsi şəklində düşünə bilərik. Kürtdən çıxan bala pinqvin ilk iki ayı ana və atasının ayaqlarının arasında keçirər. Bu qorunma bala üçün çox əhəmiyyətlidir. Çünki səhvən 2 dəqiqə qədər qısa bir müddətdə belə buradan çıxması donaraq ölümünə səbəb olacaq. Ana və ataya bu qorumağı ilham edən Allahdır. Burada da Allahın qoruyan, himayə edən xüsusiyyətlərini görürük.

Bundan əlavə, soyuqdan qorunmaq məqsədiylə qrup halında toplanaraq bir-birinə sanki yapışan 400 min üzvlük pinqvin qrupu mükəmməl bir həmrəylik nümunəsi sərgiləyər. Gördükləri bu tədbirlə istiliyin davamlılığını təmin edərək istilik itkisini yarıya endirən sevimli pinqvinlər qrupun xaricində qalanları da sırayla aralarına alaraq onların da isinmələrini təmin edərlər. Pinqvinlər aralarındakı nizamı poza biləcək ən kiçik bir etiraz olmadan nəsillər boyu böyük bir uyğunlaşma içində yaşamışdır və eyni nizam içində yaşamağa davam etməkdədirlər.