Çəhrayı quş: qızılqaz

Heç televiziyada çəhrayı, uzun boyunlu və uzun ayaqlı bir quş gördünüzmü? Bax, bu quşa “qızılqaz” deyilir. Qızılqazlar yumurtalarını palçıqlı və dayaz olan göllərə qoyarlar. Maraqlı olan isə dişinin yumurtasını tez quruyan palçıqdan qurduğu yuvaya qoymasıdır.
Özünüzü bu quşun yerinə qoyun! Belə bir yuva qurmaq istədiyinizi düşünün. Əvvəlcə hansı palçığın daha yaxşı quruduğunu kəşf etməyiniz, sonra da balanın yumurtadan harada daha rahat çıxacağını yoxlayıb tapmağınız lazımdır. “Günəş altına qoysam yaxşıdır, yoxsa kölgəyə?” kimi bir çox suala cavab tapmağınız şərtdir. Halbuki, hər qızılqaz bunu necə edəcəyini bilər. Həmçinin bir ay ərzində uzun ayaqlarına baxmayaraq heç narahat olmadan kürtə yatıb balasının yumurtadan çıxmasını gözləyər.
Siz olsanız o nəhəng bədəninizə baxmayaraq yumurtanın üstünə oturmağa cəsarət edərsinizmi? Oturduğunuz təqdirdə yumurtanın qırılıb qırılmayacağını hesablaya bilərsinizmi? Əlbəttə, bunu hesablamağınız çox çətin olacaq. Belə ki, qızılqaz bunların hamısını heç planlamadan, sınaqdan keçirmədən təbii olaraq edər. Çünki Rəbbimiz ona nə etməli olduğunu öyrətmişdir.

Dəbdəbəli rəngləriylə və uzun boyunlarıyla diqqət çəkən qızılqazlar eyni zamanda yaxşı bir üzgüçüdürlər. Qızılqazların pərdəli ayaqları üzmələrini asanlaşdırar. Bu pərdə ayaqların yastı və geniş bir formada olması qızılqazların yumşaq palçıq üzərində belə batmadan asanlıqla yeriyə bilmələrini təmin edər. Həmçinin barmaqları arasında olan torlar genişlənərək qızılqazın suyu itələyə bilməsi üçün şərait yaradar. Göründüyü kimi, Allah qızılqazları həyatda qala bilmələri üçün lazımlı olan hər şəraitlə birlikdə yaratmışdır.