Nəhəng qar adamlar: qütb ayıları

Heyvanların ən iri cüssəlilərindən biri olan qütb ayısını gördüyünüzdə, onu böyük bir qar adamına bənzədə bilərsiniz. Bu qar adamın erkəklərinin ağırlığı 800 kiloya, boyları da 2.5 metrə çatar. Bu kilo təxminən 10 insanın birlikdə kilosuna bərabərdir.
Qütb ayısının bədəni bütün xüsusiyyətləriylə yaşadığı mühitə görə hazırlanmışdır. Dondurucu soyuqlara, buzlaqlara və qar fırtınalarına baxmayaraq, Allahın yaratdığı bir möcüzə olaraq, qütb ayılarının dərilərinin altında olan qalın bir yağ təbəqəsi onları soyuqdan qoruyar. Kürkləri qalın, sıx, uzun və qabarıqdır. Bu xüsusiyyətlərə sahib olan qütb ayısının niyə Afrika səhralarında yaşamadığını heç düşündünüzmü? Əlbəttə ki, sualın cavabı Allahın onu yaşayacağı iqlimin xüsusiyyətlərinə görə yaratmasıdır. Hələ bir düşünün! Səhrada yaşasaydı səhra istisində qovrulub ölərdi.
Qütb ayılarıyla əlaqədar bir başqa mövzu da onların digər ayılardan fərqli olaraq qış yuxusuna həris olmamalarıdır. Yalnız dişi olanları, xüsusilə də, hamilə olanları uzun vaxt ərzində qış yuxusuna gedərlər. Yeni doğulan balalar üçün ehtiyac duyacaqları qidalar da hazırdır. Çünki Allahın "Rəzzaq" (ruzi verən) xüsusiyyəti var. Qütb ayısının südü çox yüksək nisbətdə yağ ehtiva edər. Bu yağlı süd balaların ən çox ehtiyacı olan qidadır. Beləcə, balalar çox tez böyüyüb, baharda sığınacaqlarından çıxmağa hazır olarlar.
Yaxşı, sizə bir sual daha: Qütb ayılarının çox yaxşı bir üzgüçü və dalğıc olduqlarını bilirdinizmi? Bəli, səhv eşitmədiniz, qütb ayıları bu iki işi də çox yaxşı yerinə yetirərlər. Üzərkən ön ayaqlarından istifadə edərlər. Bu ayaqları bir avar kimi istifadə edə bilmələri, Allahın onlar üçün yaratdığı bir asanlıqdır. Digər bir asanlıq isə suyun içindəykən burun dəliklərini bağlaya bilmələri və gözlərini açıq tuta bilmələridir. Bundan başqa, barmaq aralarının ördək ayağı kimi pərdəli olması üzmələrinə kömək edər.
Şimal Qütbü, Şimali Kanada, Şimali Sibir vəAntarktida kimi dünyanın ən soyuq bölgələrində yaşayan bu heyvanların ayaqlarının üşümə problemi yoxdur. Ayağınızı və ya əlinizi bir buzun üzərində bir neçə dəqiqə saxlasanız, bir müddət sonra soyuğa dözə bilməyib çəkmək məcburiyyətində qalarsınız. Halbuki, qütb ayıları bu soyuğu hiss etməzlər. Çünki ayaqları qalın kürklə əhatə olunmuş şəkildə, yəni soyuqdan təsirlənməyəcək şəkildə yaradılmışdır. Əgər insan dərisi kimi bir dəriylə örtünsəydilər, əsla o mühitdə yaşaya bilməzdilər. Bundan başqa, qütb ayılarının dərilərinin altındakı 10 sm-lik yağ təbəqəsi istilik izolyasiyası edər. Beləcə buzlu sularda saatda 10-11 km sürətlə, 2000 km uzağa üzərək gedə bilərlər.
Yaxşı, qütb ayılarının rənginin niyə ağ, ya da sarımtıl bir tonda olduğunu bilirsinizmi? Qütb ayısının ağ rəngi yaşadıqları soyuq buzlu mühitdə qorunmalarını təmin edər. Qütb ayısının o yüzlərlə kilometrlik dümağ buzlaqlar içində gizlənmə imkanını artırar. Əgər rəngi bir qarğa qədər qara, ya da ekvatorial meşələrdə yaşayan tutuquşular kimi rəngarəng olsaydı onda gizlənə bilməsinin nə qədər çətin olacağını hər halda təxmin edərsiniz.
Qütb ayılarının qoxu hiss etmə duyğuları elə itidir ki, 1.5 m qalınlığındakı qar təbəqəsinin altında gizlənən bir suitinin qoxusunu belə rahatlıqla qəbul edə bilərlər. Qütb ayılarının yay-qış istifadə etdiyi taktikalar da vardır. İndi bu ayının dümağ tükləriylə qar adamına bənzəyən halını gözünüzün önünə gətirin. Sizcə, dümağ qarların içinə uzansa fərq edilərmi? Bəli, fərq edilər. Belə ki, siz bu suala yalnız tüklərini düşünərək cavab verdinizsə, "xeyr fərq edilməz" demiş ola bilərsiniz. Ancaq qütb ayılarının qara rəngli burnunu unutmayın. Bu burun ayının qarlar içində tamamilə kamuflyaj olmasına mane olar. Amma o nə edər bilirsinizmi? Son dərəcə ağıllı bir hərəkət edər. Ağ rəngli ön pəncələri ilə burnunu örtər. Beləcə, rəng fərqini ortadan qaldırar. Qarlar içində tamamilə gizlənmiş bir şəkildə ovunun özünə yaxınlaşmasını gözləyər.

Burada hamınızın diqqət yetirməli olduğu çox əhəmiyyətli bir məqam var. Belə ki, qütb ayısının ovlanmaq üçün taktika istifadə etməsi onun üstün bir zəkaya sahib olmasını tələb edir. Hələ bir düşünün, ayı özünün ağ rəngdə olduğunun və ətrafın da eyni rəngdə buzlaqlarla örtülü olduğu üçün özünü kamuflyaj edə biləcəyinin, yəni gizlədə biləcəyinin fərqindədir. Hətta qütb ayısı kamuflyaj olmasına tək mane olan qara rəngdəki burnunu örtməli olduğunu da bilir. Təbii ki, sizin də təxmin edəcəyiniz kimi, qütb ayısının bir neçə dəfə ovdan əli boş döndükdən sonra, oturub nə etməli olduğunu düşünərkən burnunu örtməli olduğunu başa düşməsi mümkün deyil! Ayılar yalnız Allahın özlərinə "vəhy etdiyi" (bildirdiyi) kimi hərəkət etməkdədir. Onları Allah bu şəkildə ovlanmağa proqramlaşdırmışdır. Çünki onlar da digər canlılar kimi Allahın qoruması altındadırlar.