Sürətli üzücü suitilər

Çoxunuzun televiziyadan və sirklərdən tanış olduğu bu sevimli heyvanlar həyatlarının böyük bir qismini suda keçirərlər. Çox yaxşı bir üzgüçü və dalğıcdırlar. Biz necə quruda rahat və xoşbəxtiksə onlar da suda və buzda eyni şəkildə rahat və xoşbəxtdirlər. Bahar aylarında belə olduqları yerin temperaturu ən çox dərəcədir. Bizim belə bir soyuqda donmamaq üçün qat-qat geyinib, bir çox tədbirlər almağımız lazım olarkən, onlar heç üşüməzlər. Çünki kürkləri və bədənlərində yığdıqları yağları üşümələrinin qarşısını alar.
Suitilər böyük sürülər halında yaşayarlar. Yaxşı, sizcə ana suiti bu böyük sürünün içində balasını necə tanıyar? Çox asan. Suiti balasını dünyaya gətirdikdən sonra ona bir tanışlıq öpüşü verər. Bu öpüş sayəsində balasının qoxusunu tanıyar və onu başqa balalarla heç qarışdırmaz.
Balalar doğulduqlarında körpə yağı deyilən bir yağla örtülü olaraq doğularlar. Kiçik bədənləri bu yağ sayəsində davamlı isti qalar. Bu yağ o qədər çoxdur ki, anası balaya üzmə dərsi verərkən kiçik suiti sanki xilasedici halqa taxmış kimi batmadan su üzərində qalar. Bunun səbəbi yağın sudan daha yüngül olmasıdır. Ana suitinin balasını öyrətməsi iki həftə davam edər. İki həftə sonra bala müstəqil hərəkət etməyi öyrənmişdir.

Bütün heyvanlar kimi suitilər da Rəbbimiz tərəfindən olduqları mühitin şərtlərinə görə yaradılmışlar. Bu da bizə Rəbbimizin nə qədər mərhəmət sahibi olduğunu sübut edər.