Bəzəkli tovuz quşu

Əgər zooparka getmisinizsə, sizə bəzəkli qanadlarını açaraq şou göstərən mükəmməl görünüşlü tovuz quşunu da mütləq görmüşsünüzdür. Tovuz quşlarının ən əhəmiyyətli xüsusiyyətləri xəyal belə edilməyəcək gözəllikdə rənglərlə bəzənmiş bir quyruğa sahib olmalarıdır. Ancaq burada təsvir edilən quyruğun sahibi yalnız erkək tovuz quşudur. Başı və boynu mavi olan tovuz quşunun quyruğundakı "telek" adlı tükləri zərli yaşıl rəngli olub uclarında da bu mükəmməl sənəti tamamlayan yumru xallı bir hissə var.
Ancaq bu möhtəşəm görünüşü həmişə görə bilməzsiniz. Görmək üçün tovuz quşularının cütləşmə vaxtını gözləməlisiniz. Erkək tovuz quşu quyruğunu yalnız cütləşmə dövrü əsnasında dişinin diqqətini çəkmək üçün yelpik formasında açar.
Burada düşünməli olan budur: Özünü görə bilməyən tovuz quşu quyruğunu açıdıqda bu qədər gözəl və cazibədar göründüyündən necə əmin ola bilər? Bunun biri tərəfindən öyrədilməsi lazım deyilmi? Şübhəsiz ki, belə bir gözəlliyi yaradan Rəbbimiz ona quyruğundan ən gözəl şəkildə istifadə etməsini də ilham etmişdir.
Yaxşı, bəs belə qüsursuz bir görünüş tovuz quşunun öz səyiylə meydana gələ bilərmi? Ya da bu heyranlıq yaradan rəng uyğunlaşması təsadüfən meydana gələ bilərmi? Əlbəttə ki, bunlar qeyri-mümkündür. Sizə bir yoldaşınız gəlsə və evinizdəki bir tablonun təsadüfən, öz-özünə, boyaların tökülməsiylə meydana gəldiyini söyləsə inanarsınızmı?

Əlbəttə, inanmazsınız! O halda tovuz quşunun heç bir tablo ilə müqayisə edilməyəcək qədər mükəmməl quyruğu da özbaşına meydana gəlməmişdir. Bu rəng uyğunlaşmasını və cazibədarlığı görüb heyran olmayan insan yoxdur. Çünki bu qüsursuzluğu yaradan bənzərsiz bir yaratma gücünə sahib olan Allahdır.