Xallı qüllə zürafə

5-6 metrlik boylarıyla zürafələri xallı bir qülləyə bənzədə bilərsiniz. Zürafələrin ən uzun yerləri boyunlarıdır. Boyunlarının uzun olması ağacların ən üst budaqlarına qədər uzanıb oradakı tumurcuq və yarpaqları yeyə bilmələrini təmin edər. Zürafələrin heç çeynəmədən udduqları bu tikanlı bitkilər əvvəl dörd kameralı mədələrinə gedər. Daha sonra bunları həzm etmək üçün təkrar ağızlarına qaytarar və burada çeynəyər. Ən axırda da təkrar udaraq mədələrinin bir başqa kamerasına göndərərlər.
Ancaq burada çox incə, maraqlı məqam var. Bir az əvvəl bəhs etdiyimiz kimi, zürafələr mədələrindəki tikanlı bitkiləri çeynəmək üçün ağızlarına geri qaytararlar. Lakin bu çox uzun bir səfərdir. Qidanın mədədən ağıza qayıda bilməsi üçün, xallının təxminən 3-4 metr uzunluğunda olan boynu ilə yuxarı doğru çıxmalıdır. Sizin də təxmin edə biləcəyiniz kimi yeməklərin öz-özünə oraya çıxa bilməsi mümkün deyil. Yaxşı, zürafələrin bunu necə bacardıqları ilə maraqlandınızmı? Dərhal söyləyək. Zürafələr qidaları yemək borusundan yuxarı doğru çıxaracaq liftə oxşar bir sistemə malikdir. Təbii ki, zürafələrin, "yediklərimizi həzm etmək üçün ağızımıza geri qaytarmalıyıq, bunu edə bilmək üçün də lift kimi bir sistem hazırlamalıyıq" deyə düşünmələri mümkün deyil.
Digər tərəfdən, bu sistemin təsadüfən meydana gəlməsi isə heç mümkün deyil. Bir insan, "illər əvvəl inşaat üçün lazımlı ləvazimatları qoyduğum boş əraziyə getdim, bir də baxdım ki, ləvazimatların yerində böyük bir bina var, hər halda bir az yağış bir az qar, bir az da günəş illər ərzində bu binanı meydana gətirdi" desə, hər halda bu adama çox gülərsiniz. Hətta, bəlkə də, ağlını itirmiş olduğunu düşünüb ona yazığınız gələr. Elə xallının lift sistemli boynu üçün də "təsadüflər nəticəsində meydana gəlmişdir" demək eyni şeydir. Belə bir sistem təsadüfən meydana gələ bilməz.
Üstəlik, bir zürafə, daş, torpaq və kərpicdən ibarət olan cansız bir bina deyil. Bu, qaçan, acan, balaları olan bir canlıdır. Heç, bunun təsadüfən meydana gəlməsi, təsadüflərin ona sahib olduğu uzun boyu və içindəki sistemləri verməsi mümkündürmü? Təbii ki, deyil...
Lap aydındır ki, zürafəyə ehtiyacı olan hər şeyi, doğulduğu andan Allah vermişdir. Allah zürafənin ağızını və mədə quruluşunu iynəli və tikanlı bitkiləri rahatca yeyə bilməsi üçün xüsusi olaraq yaratmışdır.
Boyun quruluşları kimi, zürafələrin yatmaq formalarını da Allah xüsusi olaraq yaratmışdır. Zürafələr boyunlarını arxa gövdələrinin yanına uzadaraq yatarlar. Bir neçə dəqiqə xaricində bütün yuxularını bu şəkildə ayaq üstə  keçirərlər. Bir də zürafələr heç zaman eyni anda yatmazlar, mütləq aralarından bir nöbətçi keşik çəkər. Məhz, bu növbətçinin yuxusundan fədakarlıq etməsi və zürafələrin bu mövzuda ortaq qərar alıb razılaşa bilmələri, bizə bütün canlılar kimi xallının da Allahın nəzarətində olduğunu göstirir.
İndi bu xallıların yemək yemələrini bir kənara qoyaq və bir az da bu sevimlilərin su içmələri haqqında danışaq. Əminik ki, zürafələrin metrlərlə əyilib necə rahatca su içə bildiklərini öyrənincə bu çox xoşunuza gələcək. Bu mövzunu bir çox insan bilməz, ya da bilsə belə üzərində düşünmək ağlına gəlməmişdir. Halbuki, hər şeyi yaradan Rəbbimiz, bizim düşünən insanlar olmağımızı istəyir.
İlk olaraq bunu söyləyək ki, bu uzun xallı qüllələri su içərkən əhəmiyyətli bir problem gözləyir.
Onları gözləyən problemin nə olduğunu anlamağınız üçün bir az insanlardan bəhs edək. Bildiyiniz kimi, bir insan başıaşağı dayandığında və ya əlləri üstə qalxdığında üzü qıpqırmızı olar. Bunun səbəbi cazibə qüvvəsinin təsiriylə əhəmiyyətli miqdarda qanın insanın başına toplanmasıdır. Belə bir vəziyyətdə qan başın içindəki damarlara güclü bir təzyiq göstərir və bu qüvvəyə "qan təzyiqi" deyilir.
Bax, bu qan təzyiqi zürafələr su içərkən də meydana gəlir. Ancaq ortada böyük bir problem var. Zürafələrin boyları 5-6 metr olduğu üçün, bu yüksəklikdən aşağı enən başa təsir edən qan təzyiqi də olduqca böyük olacaq. Sözü gedən bu yüksək qan təzyiqi bir insana tətbiq olunsa insan dərhal beyni parçalanaraq ölər.
Bəs onda, zürafələr necə olar ki, su içərkən beyin qanaması keçirməzlər? Çünki kosmosun, göy üzünü, dünyamızın və içində yaşayan bütün canlıların yaradıcısı olan Allah zürafələrin başlarının içinə çox xüsusi bir mexanizm yerləşdirmişdir. Zürafələrin başlarındakı damarların içində qapaqcıqlar var. Bu qapaqcıqlar zürafənin başı əyilib-qalxdıqda aktivləşər və qanın zürafənin başına təzyiq göstərməsinə mane olarlar. Beləcə, zürafə rahatlıqla su içə bilər.
Yaxşı, zürafələrin niyə xallı olduğunu heç düşündünüzmü? Çox estetik olan bu görünüş əslində onların gizlənməsini təmin edər. Yaşadıqları mühitin rəngi ilə belə bir uyğunluq təşkil etmələri düşmənləri tərəfindən görülmələrini çətinləşdirər. Çox böyük olmalarına baxmayaraq, tək düşmənləri olan meşələr kralı aslandan bunun sayəsində gizlənə bilərlər.
Bununla yanaşı, zürafələr bir təhlükə anında qaçaraq 55-60 km sürətə çata bilərlər. Qaçmağa başladıqlarında nasos vururmuş kimi başlarını irəli geri aparar və quyruqlarını yelləyərlər. Qaçarkən digər bir xüsusiyyətləri isə, digər heyvanlar kimi ayaqlarını çarpaz şəkildə atmamalarıdır. Əvvəl ön və arxa sol, daha sonra ön və arxa sağ ayaqlarını ataraq qaçarlar. Aslanların buna görə zürafəni tuta bilməsi çox çətin olar.
Təbii ki, bu vəziyyət bala zürafələr üçün etibarlı deyil. Onlar hələ tam inkişaf etməmiş ayaqları ilə anaları kimi sürətli qaça bilməzlər. Buna görə, aslanlar onları asanlıqla tuta bilərlər. Ancaq başda da qeyd etdiyimiz kimi bu sevimli, kiçik balalar analarının yanından heç ayrılmazlar. Anaları da öldürücü təpiklər ata bilən uzun ayaqlarını onları qorumaq üçün istifadə edərlər. Burada bir az dayanıb düşünün. Zürafə dediyimiz canlı bir heyvandır. Heyvanların ağlı, zəkası yoxdur. İnsanlar kimi duyğuları da yoxdur. Yəni bir təhlükə qarşısında ananızın sizi qoruması çox təbiidir və bu vəziyyət sizə olan sevgisindən qaynaqlanar. Amma bir insan kimi duyğulara, ağla və vicdana sahib olmayan zürafənin təhlükə qarşısında balasını qoruması son dərəcə təəccüblüdür. Məhz zürafənin və digər bütün heyvanların balalarını qorumaları Allahın onlara ilham etməsi sayəsində olar. Allah sonsuz şəfqət sahibidir.
Hamımızın yaradıcısı olan Rəbbimiz, yaratdığı varlıqlara olan bənzərsiz şəfqətini və mərhəmətini bir Quran ayəsində belə xəbər verir:

Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. (Nəhl surəsi, 47)